Hiddink Oğuzxanı bəyəndi
30.10.2010 - 11:58
Avro-2012-nin seçmə mərhələsində Almaniya və Azərbaycan yığmalarına uduzan Türkiyə millisi futbolçu axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, qonşu ölkədə oyunları izlədikdən sonra İngiltərəyə yollanan baş məşqçi Qus Hiddink və onun köməkçisi Oğuz Çətin “Arsenal”ın 18 yaşlı üzvü Oğuzxan Özyakupu yığmaya dəvət ediblər.
Hollandiyalı mütəxəssis futbolçuya öncə 21 yaşa kimi milli komandada, sonra isə əsas yığmada oynamağı təklif edib: “Sənin öncə U-21-də oynamağını istəyirəm. Əsas komandaya düşmək üçün orada da top qovmalısan”.
Gənc futbolçu cavabını ailəsi ilə danışdıqdan sonra verəcəyini bildirib. Lakin onun valideynləri bu təklifdən şad olduqlarını desələr də, Özyakupun gələcəyi üçün fikirləşməyə 3-4 ay vaxt istəyiblər.
Qeyd edək ki, Oğuzxan Özyakup hazırlda Hollandiyanın 19 yaşadək yığmasının kapitanıdır.

0
0