“Turan” yenidən zirvədə
11.11.2010 - 17:26
“Turan” yenidən zirvədə
Əvəzedici heyətlərin Azərbaycan çempionatında XIII tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə 2 qarşılaşma baş tutub.
MOİK və AZAL arasında paytaxt derbisində qapılara qol vurulmayıb – 0:0. Doğma meydanda "Gəncə"ni qəbul edən "Turan" isə ilk hissədə hesabda geri düşməsinə baxmayaraq, rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Turnir cədvəlində yenidən liderliyə yüksələn "Turan"ın heyətində Rəşad Piriyev 48-ci, Qalib Əmrahov 70-ci dəqiqədə fərqləniblər. Qonaq komandadan isə Levan Mdvinişvili fasiləyə 2 dəqiqə qalmış qol sevinci yaşayıb.

1

"Turan"

12

9

2

1

22-9

29

2

"Bakı"

12

8

3

1

29-8

27

3

AZAL

12

7

4

1

18-6

25

4

"Qəbələ"

12

6

4

2

26-13

22

5

"İnter"

11

4

5

2

12-12

17

6

MOİK

13

4

5

4

17-16

17

7

"Muğan"

12

5

2

5

11-11

17

8

"Neftçi"

11

4

2

5

21-18

14

9

"Qarabağ"

12

3

3

6

21-23

12

10

"Gəncə"

13

2

4

7

13-20

10

11

"Xəzər Lənkəran"

12

2

1

9

8-28

7

12

"Simurq"

12

0

1

11

6-40

1