Miodraq Cudoviç Azərbaycandan təklif alıb
12.11.2010 - 00:01
“Karyeramı Azərbaycanda davam etdirmək haqda fikirləşmirəm. Uzun müddətdir Nalçikdəyəm və “Spartak”la hələ müqaviləm var”. Bu fikirləri apasport.az saytına açıqlamasında Nalçik “Spartak”ının kapitanı Miodraq Cudoviç deyib.
Noyabrın 17-də Azərbaycanla Podqoritsada yoldaşlıq görüşü keçirəcək Çernoqoriya yığmasının müdafiəçi karyerasının son 6 ilini postsovet məkanında keçirir. İki il “Volın”da, son 4 ili isə Nalçik “Spartak”ında oynayan Miodraqın artıq 31 yaşı var. Maraqlıdır, rus dilində sərbəst danışan Cudoviç gələcəkdə karyerasını Azərbaycanda davam etdirmək istəyirmi? “Ukraynada oynadığım vaxtda agentlər Azərbaycan variantını təklif edirdilər. Ancaq tale elə gətirdi ki, məni Nalçik “Spartak”ına dəvət etdilər. Artıq 5-ci ildir burada oynayıram. Bildiyimə görə, həmyerlilərimdən ölkənizdə oynayan çoxlu futbolçu olub. Aleksandr Nedoviç “İnter”də, Stevan Bates “Bakı”da oynayıb. Bir sözlə, keçmiş Yuqoslaviyadan çoxlu futbolçu Azərbaycana gəlib”.
Mehman SÜLEYMANOV

- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0