Azərbaycan yığması böyük hesabla məğlub oldu
12.11.2010 - 09:25
15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Sissi Raytın yetirmələri oğlanlarla görüşüb. Belə ki, yığmamız Bakının “İnter” klubunun 13 yaşadək oğlanlardan ibarət komandası ilə üz-üzə gəlib. Milli bu matçda böyük hesabla məğlub olub – 1:5. Komandanın heyətində yeganə qolu Aliyə Vəliyeva vurub.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0