“Neftçi” qrupdan çıxmaq istəyir
12.11.2010 - 10:09
Qırğızıstanı “Birlik kuboku”nda təmsil edəcək “Neftçi” klubu turnirdə vəzifəsini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, yanvarın 15-dən 23-dək Sankt-Peterburq şəhərindəki yarışda mübarizə aparacaq Bakı “İnter”inin potensial rəqibi tarixi uğura imza atmaq fikrindədir.
“Neftçi”nin baş məşqçisi Aleksandr Krestinin nəhayət, qırğızların da qrupdan çıxmalarını istəyir: “Qırğızıstan “Birlik kuboku”nda heç vaxt qrupdan çıxmayıb. “Neftçi” bunu düzəltmək niyyətindədir. Artıq komanda qarşısında vəzifə qoyulub – qrupdan çıxmaq. Elə-belə iştirak etmək ciddi deyil. Hər halda, biz digər ölkələrdən heç nə ilə zəif deyilik”.

0
0