Nazim Süleymanov “Alaniya”ya qayıdır
12.11.2010 - 10:21
Nazim Süleymanov “Alaniya”ya qayıdır
AZAL klubunun baş məşqçisi Nazim Süleymanov Rusiyadan dəvət alıb. Apasport.az saytının məlumatına görə, 45 yaşlı veteran hücumçumuz Şimali Osetiyanın paytaxtı Vladiqafqazda yerli “Alaniya” və Moskvanın “Spartak” klublarının əfsanələrinin yoldaşlıq görüşündə iştirak edəcək.

Məlum olduğu kimi, “Alaniya”nın yeganə çempionluq qazandığı 1995-ci ildə qızıl medallar uğrunda əsas rəqibi məhz “Spartak” idi. Vladiqafqazlılar həmin tarixin uğurun 15 illik yubileyini qeyd edir. Bu məqsədlə təşkil etdikləri oyuna 90-cı illərin ulduzları – “Alaniya”dan Zaur Xapov, Omari Tetradze, İqor Yanovski, Artur Paqayev, Mircalol Qasımov, Baxva Tedeyev, “Spartak”dan Stanislav Çerçesov, Viktor Onopko, İlya Tsımbalar, Dmitri Aleyniçev, Andrey Pyatniski, Valeri Keçinov, Yeqor Titov və başqaları dəvət olunub. Komandaları meydana həmin vaxtkı baş məşqçilər – yəni “Alaniya”nı Valeri Qazzayev, “Spartak”ı Oleq Romantsev çıxaracaq.