Qusin: Onun hücumunun kəsəri Şükürovdan qat-qat çoxdur
12.11.2010 - 11:12
Qusin: Onun hücumunun kəsəri Şükürovdan qat-qat çoxdur
Rusiyanın “Anji” klubunun məşqçisi Andrey Qusin futbolçuları Mahir Şükürovla David Tsorayevi müqayisə edib. Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcı Davidi yığmamızın sağ cinah yarımmüdafiəçisindən üstün tutub.

“Anji”də uzun müddət ikinci hücumçu oynayan Tsorayev indi sağ cinaha qayıdıb. Bu, hazırda komandada Strelkov – Qolenda hücum cütünün yaranması, yaxud Şükürovun xəstələnməyi ilə bağlı ola bilər. Qusin məsələyə belə aydınlıq gətirib: “Daviddən gələn təhlükə, hücumun kəsəri Şükürovdan qat-qat çoxdur. Ola bilsin, David müdafiədə bir az pis çalışır. Ancaq son ev oyunlarımızda daha çox hücum etməyimiz lazım idi”.