“Birlik kuboku”nun püşkünün nə vaxt atılacağı dəqiqləşməyib”
07.12.2010 - 15:51
“Birlik kuboku” turnirinin püşkünün nə vaxt atılacağı hələ dəqiqləşməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında Rusiya Futbol İttifaqının (RFİ) əməkdaşı İqor Vladimirov deyib.
Son Azərbaycan çempionu olan Bakının “İnter” klubunun gələn ilin yanvarında Sankt-Peterburq şəhərində iştirak edəcəyi ənənəvi turnirin püşkatma mərasimi gecikir. Halbuki əvvəllər heç vaxt bu qədər yubanma olmayıb və ən uzağı noyabra kimi qrup iştirakçıları müəyyənləşirdi. Ancaq bu dəfə Moldova, Belarus, Ermənistan çempionları “Birlik kuboku”ndan, Gürcüstan isə ümumiyyətlə, turnirdən imtina etdi. Turnirin təşkilatçısı olan RFI iştirakçıların hamısını tam müəyyənləşdirməyib.
Püşkün dünən atılacağı haqda informasiya yayılsa da, bu, gerçəkləşmədi. Vladimirovun sözlərinə görə, hər hansı təxirəsalma olmayıb: “Püşkün dekabrın 6-da keçirilməsi nəzərdə tutulmamışdı. Nə vaxt olacağı da bilinmir. Onu deyə bilərəm ki, püşkün bu həftənin sonuna kimi keçirilməsi planlaşdırılıb. Yaxın günlərdə tarix dəqiqləşə bilər. “Pünik”in imtinasına gəlincə, bu məsələ də hələ açıq qalır. Hazırda ermənilərlə bununla bağlı danışıqlar gedir. Bu ölkənin turnirdə kimin təmsil edəcəyinə danışıqlardan sonra bilinəcək”.
Mehman SÜLEYMANOV

0
0