Qurban Qurbanov: Bəzi futbolçular dediklərimi dərk etmədilər
07.12.2010 - 17:23
“Mən “Turan”ı həmişə ciddi rəqib kimi qəbul etmişəm. Çünki hələ “Neftçi”, sonra “Qarabağ”da işlədiyim dövrdə bu komanda ilə oyunlarımız həmişə çətin olub”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
NBC Bank Azərbaycan kubokunda debütü uğursuz olan komanda evdə “Turan”a oyun sonrası penaltilər seriyasında yenilərək, mübarizəni dayandırdı. Qurbanov rəqibin Premyer Liqanın autsayderi olmasına baxmayaraq, futbolçulara matçın çətin olacağını tapşırıbmış: “Bunu futbolçulara demişdim, ancaq bəziləri bunu dərk etmədilər. Sonda da bunun cəzasını çəkdik. Kubokda mübarizəni dayandırdıqdan sonra bütün diqqətimizi çempionata yönəldəcəyik”.
“Qarabağ”da penalti zərbələrini son yerinə yetirən futbolçular – Vüqar Nadirovla Rauf Əliyev qapıçı ilə dueldən məğlub ayrıldılar. Qurbanov zərbəni inamsız yerinə yetirən Nadirovla bağlı bunları deyib: “Gördüm ki, Vüqar özünə inamlıdır. Ondan soruşanda, vurmaq istədiyini bildirdi. Mən də buna imkan yaratdım. Ona qalsa, Rəşad Sadiqova şans verməyi düşünmürdüm. Çünki az hallarda penalti zərbəsini vurur. Ancaq Rəşadın necə dəqiq zərbə vurduğunu gördünüz. Əslində, oyunun taleyini penaltilər seriyasına saxlamayıb, əsas vaxtda həll etməli idik. Çünki penalti lotereyadır və burda güclü-zəif bilinmir”.

0
0