“Neftçi” bu oyunda mütləq qalib gəlməlidir” - FOTO
08.12.2010 - 00:00
“Kubok oyunlarının özünəməxsus ab-havası olur”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun qapıçısı Rauf Mehdiyev deyib.
34 yaşlı qolkiper ölkə kubokunun “Gəncə” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Onun fikrincə, qərb təmsilçisi ilə qarşılaşma çətin olacaq: “Çünki bu komanda evdə çox güclü təsir bağışlayır. Ancaq deməliyəm ki, "Neftçi" yüksək hədəfləri qarşısına məqsəd qoyubsa, bu matçda mütləq qalib gəlməlidir. Komandamın növbəti mərhələyə yüksəlməsi üçün əlimdən gələni edəcəm. Rəqibin heyətində Ceyhun Sultanov kimi səviyyəli pleymeyker yer alır. Mən onunla bir komandada çıxış etmişəm, düşünürəm ki, o standart vəziyyətlərdən bizə təhlükə yarada bilər. Artıq Gəncə şəhər stadionunun meydançasında məşqə çıxmışıq. Demək istəyirəm ki, belə ot örtüyündə texnikalı futbol nümayiş etdirmək çox çətindir. Qapıçılar üçün də belə meydançalar əlavə problemlər yaradır, çünki top istiqamətini dəyişə bilir”.
Qeyd edək ki, “Gəncə” – “Neftçi” matçı bu gün saat 13:00-da başlayacaq.

0
0