Ölkə kubokunda erkən final
08.12.2010 - 17:50
Ölkə kubokunda erkən final
NBC Bank Azərbaycan kubokunda bütün 1/4 finalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Turan”ın ardınca “Neftçi”, “Qəbələ”, AZAL, “Bakı”, “Abşeron”, “Xəzər Lənkəran” və “İnter” növbəti mərhələyə çıxıb.

“Ağ-qaralar” “Gəncə”ni Premyer Liqada olduğu kimi, kubokda da asanlıqla yenib. İndi “Neftçi”ni 1/4 finalda “Xəzər Lənkəran”la görüşəcəyini nəzər alsaq, əsas favoritlərin görüşünü erkən final saymaq olar.

“Abşeron”un sürpriz çıxışı davam edir. Mirbağır İsayevin yetirmələri MOİK-in ardınca Premyer Liqanın digər autsayderi “Simurq”u səfərdə yendi. “Turan” kimi “Bakı” da 1/4 finala oyun sonrası penaltilərlə yüksəldi.

“Qəbələ”, AZAL, “Xəzər Lənkəran” və “İnter”in rəqiblərinin I divizion təmsilçiləri olduğunu nəzərə alsaq, mərhələ adlayacaqları əvvəlcədən proqnozlaşdırılırdı.

NBC Bank Azərbaycan kuboku
1/8 finala mərhələsi

8 dekabr
"Gəncə" - "Neftçi" - 1:3
QOLLAR: Samir Zərgərov, 90-pen - Cavid İmamverdiyev, 31; Rəşad Abdullayev, 59; Mirhüseyn Seyidov, 78
Gəncə. Şəhər stadionu

"Qəbələ" - "Neftçi" İSM - 2:0
QOLLAR: Lyuba Baranin, 37; Bruno dos Anjos, 66
Qəbələ. Şəhər stadionu

"Simurq" - "Abşeron" - 1:1 (penaltilərlə - 2:5)
QOLLAR: Vasif Əliyev, 40 - Zahid Quliyev, 51
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

"Rəvan" - AZAL - 1:2
QOLLAR: Rəşad Məmmədov, 90 - Eleandro Pema, 32; Aqil Nəbiyev, 58
Bakı. "Şəfa" stadionu, 4-cü meydança

"Bakı" - "Muğan" - 1:1 (penaltilərlə 5:3)
QOLLAR: Saşa Kaykut, 70 - Elnur Abdullayev, 4
115-cu dəqiqədə Jabanın 11 metrlik cərimə zərbəsini qapıçı qaytarıb.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

"Xəzər Lənkəran" – “MKT-Araz" - 3:1
QOLLAR: Allan Lalin, 5, Amid Hüseynov, 8; Ramazan Abbasov, 43 - Hüseyn Əliyev, 21
Lənkəran. Şəhər mərkəzi stadionu

"Şuşa" - "İnter" - 1:4
QOLLAR: Rauf Məmişov, 70 - Girts Karlsons, 14; Rövşən Əmiraslanov, 22; 85; Robertas Poşkus, 72
Bakı. "Şəfa" stadionu