UEFA Mourinyonun cəzasını yüngülləşdirdi
08.12.2010 - 12:56
Çempionlar Liqasında "Ayaks"la matçda oyunçularına qəsdən qırmızı vərəqə almaq göstərişi verdiyi üçün UEFA tərəfindən cəzalandırılan "Real"ın baş məşqçisi Joze Mourinyonun cəriməsi yüngülləşdirilib. Apasport.az saytının xəbərinə görə, ona verilən 40 min avro cərimə 30 min avroya qədər azaldılmaqla yanaşı, 2 oyunluq kənarlaşdırma cəzası da 1 oyuna endirilib. Bu hadisə "Real"ın UEFA-ya apellyasiya müraciətindən sonra baş verib.
Qeyd edək ki, qurum bu müraciətdən sonra klubun cəriməsini 100 min avrodan 120 min avroya qaldırıb. Serxio Ramos və Xabi Alonsoya verilən cəzalarda isə heç bir dəyişiklik edilməyib.
Qeyd edək ki, qurum bu müraciətdən sonra klubun cəriməsini 100 min avrodan 120 min avroya qaldırıb. Serxio Ramos və Xabi Alonsoya verilən cəzalarda isə heç bir dəyişiklik edilməyib.
0
0