Berti Foqtsun 13-cü “kəşf”i
08.12.2010 - 13:09
AFFA-nın növbəti yoxlama oyunu ilə bağlı axtarışlarının yekunlaşması milli komanda üçün yeni adın “kəşf olunması” ilə nəticələnib. Belə ki, gələn ilin fevralında qarşılaşmaq haqda razılıq əldə olunan Danimarka yığması indiyədək heç vaxt əsas komandamızla qarşılaşmayıb.
Apasport.az saytının hesablamalarına görə, Avropanın şimalında yerləşən ölkə təmsilçisi millimizin 18 illik tarixinin 58-ci rəqibi olacaq. Yəni komandamız indiyə qədər 57 yığma ilə üz-üzə gəlib. Ən çox da postsovet məkanı təmsilçiləri Moldova, Özbəkistan və Skandinaviya yarımadasında yerləşən Finlandiya ilə görüşmüşük.
Ümumiyyətlə, Avropanın şimalına yaxşı bələd olan yığmamız Finlandiya kimi, İsveç, Norveç, İslandiya və Farer adaları ilə də qarşılaşıb. Qitənin şimal-şərqində yalnız Danimarka “kəşf olunmamış” qalmışdı ki, Berti Foqtsun yetirmələri bu boşluğu da aradan qaldıracaq.
Qeyd edək ki, Foqtsun baş məşqçi postuna gəlməsindən sonra futbolçularımız 12 yeni rəqiblə qarşılaşıblar. Bunlar Bosniya və Herseqovina, İspaniya, Almaniya, Rusiya, Lüksemburq, Küveyt, Honduras, İraq, Çexiya, Çernoqoriya, İslandiya, Bəhreyn yığmalarıdır. Bu isə o deməkdir ki, Foqtslu yığmamız 13-cü ölkəni “kəşf edəcək”.
Yığmamızın bütün rəqibləri
Özbəkistan, Moldova, Finlandiya – 8 dəfə
Estoniya - 7
Gürcüstan, Qazaxıstan, Türkiyə, Slovakiya, Polşa, Uels - 6
Lixtenşteyn, Serbiya, İran, Albaniya, Makedoniya, Portuqaliya, Macarıstan, Rumıniya - 4
Andorra, Latviya, Avstriya, Bolqarıstan, İsrail, Malta, Almaniya - 3
Qırğızıstan, Tacikistan, Belarus, İordaniya, İsveçrə, Litva, Türkmənistan, Küveyt, Şimali İrlandiya, Ukrayna, Rusiya, Belçika, Fransa, Norveç, İngiltərə, İsveç, İtaliya, Oman, Trinidad və Tobaqo - 2
Bəhreyn, Farer adaları, Kipr, Çexiya, Lüksemburq, BƏƏ, İslandiya, Honduras, Bosniya və Herseqovina, Səudiyyə Ərəbistanı, İspaniya, İraq, Çernoqoriya – 1.

0
0