Ruiz, Kabral... Növbədə 5 real namizəd var
08.12.2010 - 15:00
Ruiz, Kabral... Növbədə 5 real namizəd var
Qış fasiləsi yaxınlaşdıqca Premyer Liqa klubları heyətlə bağlı planlarını gerçəkləşdirməyə başlayıb. Artıq Fərid Quliyev və Kristian Kabral kimi ümidləri doğrultmayan futbolçular transferə çıxarılıb. Apasport.az-ın araşdırmalarına görə, belə oyunçuların siyahısını genişləndirməyə namizədlər kifayət qədərdir. Bir müddət əvvəl çempionatın lideri “Neftçi”ni tərk etməyə namizədlərin adlarını açıqlayan saytımız bu dəfə ikinci pillənin sahibi “Xəzər Lənkəran”ın heyətini araşdırıb.

Arxada qalan 16 çempionat qarşılaşmasında yarıdan da azında, yəni 8 və daha az matçda oynamış futbolçuların sayı 11 nəfərdir. Lakin artıq özünə yeni klub axtarmağa başlayan Kabral da onlardan o qədər də çox oynamayıb. Bu 12 oyunçunun siyahısına baxdıqda görmək olar ki, Kristianla yanaşı, Dieqo Ruiz də artıq Lənkəran təmsilçisinin sıralarında deyil.

Digər 10 oyunçunun isə heç də hamısını “qara siyahı”nın üzvü kimi qəbul etmək olmaz. Çünki onlardan bəzilərinin az oynaması səbəbsiz deyil. Onlardan ikisi – Denis Romanov və Orxan Sadıqlı qapıçılardır ki, Kamran Ağayevin əvəzedicilərinin komanda da qalması zəruridir. Emeka Opara və Dieqo Qusmao isə zədədən müalicə olunur ki, bu vəziyyətdə onlardan imtina olunacağı inandırıcı deyil. Amid Hüseynovun klubun öz yetirməsi olması isə gənc istedadın “Xəzər Lənkəran”da qalmasına səbəb olacaq.

Bu isə o deməkdir ki, lənkəranlıların xidmətindən imtina edəcəyi gözlənilən 5 real namizəd var. Bunlar özünü yaxşı tərəfdən göstərə bilməyən Xaqani Məmmədov, Ramazan Abbasov, Asif Məmmədov, hətta heyətə düşməyə belə çətinlik çəkən Tural Cəlilov və əməliyyatdan sonra da əvvəlki kimi sözünü deyə bilməyən David İmedaşvilidir.

Futbolçu

oyun

dəqiqə

qol

sarı vərəqə

Kristian Kabral

9

311

0

3

Dieqo Alexandro Ruiz

8

496

2

2

Xaqani Məmmədov

7

341

0

0

Ramazan Abbasov

6

102

0

0

Dieqo Qusmao

5

391

1

0

Asif Məmmədov

5

138

0

1

Denis Romanov

4

320

-4

0

Emeka Opara

3

205

0

1

Amid Hüseynov

2

21

0

0

Davit İmedaşvili

1

72

0

0

Tural Cəlilov

1

19

0

0

Orxan Sadıqlı

0

0

0

0