UEFA AZAL-ın stadionuna nümayəndə göndərir
08.12.2010 - 14:43
UEFA nümayəndələrini Bakının AZAL klubunun yeni stadionuna göndərəcək. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun təmsilçiləri bu məqsədlə gələn ilin yanvarın 15-də ölkəmizə səfər edəcəklər.
AZAL-ın Şüvəlan qəsəbəsində inşa etdiyi yeni stadionunda təmir-quraşdırma işləri yaxında başa çatacaq. Bir neçə günə əsas meydançanın ot örtüyünün döşənməsi prosesi də bitməlidir. Bolqarıstanlı mütəxəssislər tərəfindən döşənilən təbii ot örtüyü Hollandiyadan gətirilib. AZAL qış fasiləsindən sonra, gələn ilin fevralında ev oyunlarını öz arenasında keçirmək fikrindədir. “Təyyarəçilər” avrokuboklarda da rəqiblərini Şüvəlanda qəbul etmək istəyir. Ancaq bunun üçün həmin stadionunda UEFA tərəfindən qəbul olunaraq, sertifikat verilməsi lazımdır. Qitə futbol qurumu Bakıya göndərəcəyi nümayəndələri baxış keçirəndən sonra buna öz qiymətini verəcək.

- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi
0
0