Rayn Giqqz Roberto Karlosu arxada qoydu
08.12.2010 - 14:57
Rayn Giqqz Roberto Karlosu arxada qoydu
Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin sonuncu turu Uels milli komandasının futbolçusu Rayan Giqqz üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi İngiltərənin “Mançester Yunayted” klubunun heyətində növbəti dəfə meydana çıxmaqla, ÇL-dəki oyunlarının sayını 121-ə çatdırıb. İspaniya təmsilçisi “Valensiya” ilə görüşdə iştirak etməklə Rayan əfsanəvi Roberto Karlosu arxada qoyub. Braziliyalını ötən Giqqz turnirin tarixində 2-ci göstəriciyə sahib olub.

Qeyd edək ki, ÇL tarixində ən çox oyun keçirən futbolçu ispaniyalı Raul Qonsalesdir – 136 oyun.