Toni Adams: Kubok oyunları həmişə çətin olur
08.12.2010 - 16:03
Toni Adams: Kubok oyunları həmişə çətin olur
"Kubok oyunu həmişə çətin olur. "Neftçi" İSM komandasının qol imkanları olsa da, istifadə edə bilmədilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.
NBC Bank Azərbaycan kubokunun 1/8 final mərhələsində I divizion təmsilçisi “Neftçi İSM”i qəbul edən qəbələlilər 2:0 hesabı ilə gəldi. Adamsın fikrincə, qol imkanlarından yararlanmamaqları oyunun taleyini həll edib: “Biz isə imkanlardan yararlandıq, qolları vurub qalib gəldik. Gələcək oyunlara hazırlaşacağıq".
"Neftçi" İSM-nin baş məşqçisi Elçin Dərgahquliyev qol imkanlarından istifadə edə bilmədiklərindən danışıb: "Qəbələ" klubunu təbrik edirəm. Çox gözəl oyun oldu. Qol imkanlarımız oldu, lakin istifadə edə bilmədik. Fikrimcə, bizim qədər "Qəbələ"nin qapısı qarşısında qol epizodları yaradan komanda olmayıb. Lyuba Baranin kimi futbolçu bizim milli komandaya lazımdır".
Mənbə: pfl.az