Elmir Əliyev: Bu mərhələdə sensasiyalar yetərincə oldu
08.12.2010 - 16:51
“Komandamız uduzsa da, oyundan razı qaldım. Biz növbəti mərhələyə keçmək istəyirdik, ancaq alınmadı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun prezidenti Elmir Əliyev deyib.
Azərbaycan kubokunu ən çox qazanan klublar – “Gəncə” ilə “Neftçi” bu gün 1/8 finalda görüşdü. “Ağ-qaralar” səfərdə 3:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə adladı. Əliyev uduzduqları görüşdə komandasının oyunundan narazı qalmadığını bildirib: “Kubok oyunu həmişə çətin keçir. Bu mərhələdə sensasiyalar yetərincə oldu. “Qarabağ” “Turan”a uduzdu. I divizionda oynayan “Abşeron” “Simurq”a qalib gəldi. Biz də meydana qələbə üçün çıxmışdıq. Komandamız əzmkar oyun nümayiş etdirdi, futbolçularımız meydanda sona kimi vuruşdu. Ancaq futboldur, biri udar, digəri uduzar”.
Əliyev bildirib ki, məğlubiyyət baş məşqçi Fuad İsmayılovun fəaliyyətinə təsir etməyəcək: “Kubokda kənarda qaldığımız üçün baş məşqçini dəyişmək fikrimiz yoxdur. Bir oyunda məğlubiyyətə görə baş məşqçini dəyişmək düzgün olmazdı. Bundan sonra diqqətimizi Premyer Liqaya yönəldəcəyik. Məqsədimiz “altılığ”a düşməkdir”.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0