“Bakı” “Gəncə”ni arxada qoydu
08.12.2010 - 17:16
“Bakı” Azərbaycan kubokunda “Gəncə” klubunu arxada qoyub. Apasport.az saytının hesablamalarına görə, “zolaqlılar” 12-ci dəfə kubokun 1/4 finalına çıxmaqla, buna 11 dəfə nail olan gəncəliləri qabaqlayıb.
Bu, hər iki klubların varislərinin nəticələrini də nəzərə alsaq, mümkün oldu. Məlum olduğu kimi, “Gəncə” “Kəpəz”, “Bakı” “Dinamo”nun sələfidir. Klub 2004-cü ilin yayından “Bakı” adlandırıldıqdan sonra həmişə ən azı 1/4 finala çıxır. Bu ənənə qırılmadı və bakılılar bu gün Salyanın “Muğan” klubunu oyun sonrası penaltilər seriyasında yenməklə, istəyinə çatdı. İndiyədək kubokun finalında iki dəfə - 2004 və 2010-cu ildə oynayan “Bakı” hər iki halda, qalib olub.
Qeyd edək ki, indiyə kimi yalnız “Neftçi” ölkə kubokunun bütün mövsümlərində 1/4 finala çıxıb – 19 dəfə. Bu planda 2-ci göstəriciyə malik, kubokda mübarizəni 1/8 finalda dayandıran “Qarabağ”ın 12 dəfə 1/4 finala çıxıb.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0