İsayev istəkdən, Hacıyevski yorğunluqdan danışdı
08.12.2010 - 17:36
"Oyunun çox ağır keçəcəyini əvvəlcədən bilirdik. Çünki "Simurq”un Hacıyevski kimi futbolu əla bilən baş məşqçisi var. Hacıyevski olan komanda həmişə möhtəşəm futbol numayiş etdirir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Abşeron” klubunun baş məşqçisi Mirbağır İsayev deyib.
I divizionun lideri olan “Abşeron” məğlubiyyətsiz seriyasını davam etdirərək, kubokda da inamlı çıxış edir. MOİK-in ardınca Premyer Liqanın digər təmsilçisi “Simurq”a da qalib gələn bakılılar Zaqatalada buna oyun sonrası penaltilərlə nail oldu. İsayev istəklərinin böyük olmasının həlledici rol oynadığını düşünür: “Bizim komandada istək var idi. Çox istəyirdik ki, mərhələni adlayaq və buna da nail olduq".
“Bakı”ya səfərdə qalib gəldikləri oyunda atasının vəfatı ilə əlaqədar vətənindən olan “Simurq”un makedoniyalı baş məşqçisi Qyoko Hacıyevski yorğunluqdan gileylənib: “Bu gün komandam çox yorğun idi. "Bakı" ilə oyunda çoxlu güc sərf etmişdik. Demək olar ki, dincəlməyə vaxtımız olmadı. Komandamın bir neçə qol epizodu oldu, təəssüf ki, istifadə edə bilmədik. Bu da yorğunluqdan irəli gəlir”.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0