Nazim Süleymanov avrokuboklara qısa yol tapıb
08.12.2010 - 17:39
“Kubok oyunu avrokuboklarda çıxış etmək üçün ən qısa yoldur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.
NBC Bank Azərbaycan kubokunun 1/8 final mərhələsində səfərdə “Rəvan”a 2:1 hesabı ilə qalib gələn “təyyarəçilər”in növbəti rəqibi “Turan” olacaq. Süleymanov rəqibin oyunundan da razı qalıb: “Bu gün görüşdüyümüz “Rəvan” I divizionda mübarizə aparmağına baxmayaraq, çox xoş təsir bağışladı. Mən "Rəvan"a I divizionda uğurlar arzu edirəm və onlara Unibank Premyer Liqasına vəsiqə qazanmağı arzulayıram".
“Rəvan”ın məşqçisi Füzuli Musayev 1/4 finala təcrübəsizlikdən çıxa bilmədiklərini söyləyib: "Bu gün futbolçularımız onlara verilən tapşırığı 90% yerinə yetirdilər. Meydançanın hər qarışı uğrunda mübarizə apardılar. Sözsüz ki, bugünkü oyunda AZAL-ın təcrübəsi öz sözünü dedi. Onlara Premyer Liqada uğurlar arzu edirik".
Mənbə: pfl.az

0
0