1/4 finalda qarşılaşacaq cütlər
08.12.2010 - 18:07
NBC Bank Azərbaycan kubokunda mübarizə gələn il davam etdiriləcək. Apasport.az saytının məlumatına görə, turnirdə 1/4 final mərhələsinin oyunları martın 2-3-ü və 8-9-da keçiriləcək.
Bu mərhələdən başlayaraq qalib bir yox, artıq iki oyunla müəyyənləşəcək.
1/4 final mərhələsinin cütlərini “Neftçi” – “Xəzər Lənkəran”, “Qəbələ” – “Bakı”, “Abşeron” – “İnter” və AZAL – “Turan” təşkil edir.
Püşkə görə, ilk göstərilən komanda birinci meydan sahibi olacaq. Prinsipial rəqiblər, hazırda çempionatımızda ilk iki pillənin sahibi olan “Neftçi” ilə “Xəzər Lənkəran” tarixlərində ilk dəfə kubokda görüşəcək. Bununla, əzəli rəqiblərin qarşıdurması çempionatda olduğu kimi, bu turnirdə də olacaq.
Premyer Liqada “altılığ”a düşmək uğrunda rəqiblər olan “Qəbələ” ilə “Bakı” 2 il öncə də kubokun 1/4 finalında üzləşmişdi. Həmin vaxt hər iki oyunda 1:1 hesabı ilə nəticələnmiş və Qəbələdə meydan sahibləri oyun sonrası penaltilərlə üstün olmuşdu. “İnter”lə “Abşeron” ilk dəfə kubokda görüşəcəksə, “Turan”la AZAL-ın yolları kəsişib. Tovuzlular 2006/07 mövsümündə həmin vaxt “Olimpik” adlanan komandanı 1/8 finalda mübarizədən kənarlaşdırmışdı.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0