Nadir Qasımov: “İnter” bizə futbol dərsi keçdi
08.12.2010 - 19:26
Nadir Qasımov: “İnter” bizə futbol dərsi keçdi
“Bu gün komandamdan razı qaldım. Ən əsas da gənc futbolçuları meydana buraxmışdıq, onların oyunu məni qane etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Paytaxt klubu NBC Bank Azərbaycan kubokunun 1/8 final mərhələsində I divizionda çıxış edən “Şuşa”ya 4:1 hesabı ilə qalib gəlib. Tsxadadze bu oyunda olduğu kimi növbəti qarşılaşmalarda da gənclərə yer verəcəyini bildirib: “Ola bilsin ki, qarşıdakı matçlarda yenə də gənc futbolçulardan istifadə etdik. “Şuşa” yeni və gənc komandadır, onlara uğurlar arzulayıram”.
“Şuşa”nın baş məşqçisi Nadir Qasımov komandasının yeni formalaşdığını və gələcəkdə yüksək səviyyəli kluba çevriləcəklərini deyib: “Çox güclü komanda ilə qarşılaşdıq. “İnter” bizə futbol dərsi keçdi. Komandamız bir neçə ay ərzində yığılıb. Demək olar ki, hamısı yerli uşaqlardır. “İnter” klubuna uğurlar arzulayıram. İki aydan sonra “Şuşa” tamam fərqli komanda olacaq, heyətimizə yeni futbolçular qatacağıq. Hər bir rəqiblə istədiyimiz səviyyədə mübarizə aparacağıq”.

Mənbə: pfl.az