“Neftçi” üçün yeni müdafiəçi - FOTO
09.12.2010 - 01:21
“Neftçi” üçün yeni müdafiəçi - FOTO
“Son vaxtlar "Neftçi" komandasına qarşı bəzi media orqanlarının tutduğu mövqe çox üzücüdür. Sanballı, böyük azarkeş ordusuna malik bir klub haqda bəzi media mənsublarının haqsız çıxışlarını təəssüf hissi ilə qarşıladım”. Apasport.az saytının xəbərinə görə, bu sözlər olimpiya çempionu Elnur Məmmədliyə məxsusdur.

Pekin Olimpidasının qalibi olan cüdoçu “Neftçi”nin saytına verdiyi açıqlamada “ağ-qaralar”ın müdafiəçinə qalxıb: “Sadıq Sadıqovun "Neftçi" İdman-Sağlamlıq Mərkəzində, ardınca isə "Neftçi" Peşəkar Futbol Klubunda öz bacarığı və böyük səyi nəticəsində qazandığı ardıcıl uğur, sanki müəyyən qüvvələri narahat etməyə başlayıb. Belə olmasaydı, bu insanlar son vaxtlar "Neftçi"nin Premyer Liqadakı parlaq çıxışına daha çox yer ayırardılar, nəinki bu uğuru görmək istəmədikləri üçün qələmə aldıqları qərəzli və müəmmalı yazılara. Görünür, bu yazarlar anlamırlar ki, öz cəfəng yazıları ilə "Neftçi" kimi böyük bir komandanın nə dünəninə, nə bu gününə, nə də sabahına kölgə sala bilməzlər. İnanıram ki, klubun futbolçuları belə mənasız, heç bir məntiqə sığmayan yazılara əhəmiyyət vermədən öz gözəl oyunlarını bir qədər də təkmilləşdirərək, qələbələri sıralayacaqlar. Biz "Neftçi"lər də onları daim dəstəkləyəcək və böyük nailiyyətlər qazanmaları üçün əlimizdən gələni əsirgəməyəcəyik”.