Dünya çempionatı darmadağınla başladı
09.12.2010 - 10:00
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) klublararası dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Əbu-Dabidə keçirilən açılış matçında yerli “Əl-Vəhdə” klubu Papua Yeni Qvineya təmsilçisi “Hekari” ilə qarşılaşıb.
Pley-off mərhələsində baş tutan yeganə qarşılaşma böyük hesablı nəticə ilə başa çatıb. Təşkilatçılar Okeaniyanın ən yaxşısını 3:0 hesabı ilə məğlub ediblər. Qolları Huqo (40-cı dəqiqə), Fernando Bayano (44) və Əbdülrəhim (71) vurublar.
Qeyd edək ki, 1/4 finala çıxan “Əl-Vəhdə” dekabrın 11-də Asiya Çempionlar Liqasının qalibi “Seonqam İlva” (Cənubi Koreya) ilə görüşəcək.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0