“İnter”in “Birlik kuboku”nu qazanması üçün növbəti şans
09.12.2010 - 10:11
“İnter”in “Birlik kuboku”nu qazanması üçün növbəti şans
Son Azərbaycan çempionu “İnter” klubunun gələn ilin yanvarında Rusiyada iştirak edəcəyi “Birlik kuboku”nu qazanması üçün növbəti şans yaranıb. Apasport.az saytının məlumatına görə, ənənəvi yarışın əsas favoritlərindən olan “Zenit” əsas komandasını turnirə göndərməyəcək.

Belə ki, “Zenit” turnirdə gənclərdən ibarət komanda ilə təmsil olunacaq. Bu haqda məlumat verən komandanın baş məşqçisi Anatoli Davıdov heyətin gələn ayın əvvəlində müəyyənləşəcəyini bildirib: “Birlik kuboku” bizim üçün mövsümə hazırlığın bir mərhələsi olacaq. İştirak ərizəsini reqlamentin imkan verdiyi kimi yanvarın 5-dək müəyyənləşdirəcəyik. Bunun üçün indiki heyətdəki futbolçuların kimin komandada qalacağını, kimin əsas heyətə cəlb olunacağını, kimin isə icarəyə veriləcəyi, yaxud digər klub tərəfindən alınacağını aydınlaşdırmalıyıq”.

Qeyd edək ki, “Zenit” 2008-ci ildə “Birlik kuboku” Sankt-Peterburqda keçirilən zaman da gənclərdən ibarət heyətini turnirə göndərmişdi. Həmin vaxt ölkəmizi yarışda təmsil edən “Xəzər Lənkəran” qalib olmuşdu. Budəfəki turnirin əsas favoritlərdən olan BATE (Belarus), “Şerif” (Moldova) imtina edib, Ukraynanın “Şaxtyor” klubu isə əsas komandasını göndərməyəcək.