16 xoşbəxtin siyahısı
09.12.2010 - 10:23
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində çıxış edəcək komandaların tam tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 16 xoşbəxt sırasına düşən komandalar qrup mərhələsində tutduğu yerə əsasən püşk zamanı səbətlərə bölünəcək. Belə ki, qrup qalibləri səpələnmiş, ikincilər isə səpələnməmişlərdə yer alacaq.
Səpələnmişlər: "Tottenhem", "Mançester Yunayted", "Çelsi" (hamısı İngiltərə), "Barselona", “Real” (hər ikisi İspaniya), "Bavariya", "Şalke" (hər ikisi Almaniya), "Şaxtyor" (Ukrayna).
Səpələnməmişlər: "İnter", "Roma", "Milan" (hamısı İtaliya), "Lion", "Marsel" (hər ikisi Fransa), "Valensiya" (İspaniya), "Kopenhagen" (Danimarka), "Arsenal" (İngiltərə).
Qrup qaliblərinin ikincilərlə görüşəcəyi 1/8 finalda eyni ölkə təmsilçiləri qarşılaşa bilməz. Bu, yalnız 1/4 finaldan başlayaraq mümkündür. Mərhələnin püşkatması isə gələn həftə, dekabrın 17-də atılacaq.

0
0