Berti Foqts: Açıq demək lazımdır, komandada xaos hökm sürür
09.12.2010 - 12:13
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Mönhenqladbaxın “Borussiya” klubunun vəziyyətindən narahat olub. Apasport.az saytının məlumatına görə, 64 yaşlı alman mütəxəssis məşhur “Bild” qəzetinə müsahibəsində futbolçu karyerasını bütövlüklə keçirdiyi komandanın Bundesliqanın cari mövsümündə göstərdiyi nəticəsindən narahatlığını bildirib.
Dortmundun “Borussiya” klubu 1-ci yerdə getdiyi halda, Mönhenqladbax təmsilçisi 15 turdan sonra 10 xalla sonuncu pillədə qərarlaşıb. Foqts 1965-79-cu illərdə oynadığı komandanı tənqid etməkdən çəkinməyib: “Mən doğma klubuma görə çox narahatam. İndiyədək açıq danışmamışdım, ancaq indi bunu etməyin vaxtı çatıb. Daha belə davam edə bilməz. Açıq demək lazımdır ki, komandada xaos hökm sürür. İdman direktoru Maks Eberl hər şeydə futbolçuları günahlandırır. Ancaq heç vaxt belə olmur ki, günahkar yalnız futbolçulardır. Əlbəttə, komandada oyun intizamı yoxdur. Buna 5 oyunda 5 qırmızı vərəqə sübutdur. Ancaq hər şeydə yalnız onları günahlandırmaq olmaz”.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0