AZAL-ın Antalyada rəqibləri bəlli oldu
09.12.2010 - 12:26
Bakının AZAL klubunun qış fasiləsində keçirəcəyi yoldaşlıq oyunlarındakı rəqiblərindən ikisi bəlli olub. Apasport.az saytının məlumatına görə, Nazim Süleymanovun yetirmələri gələn ilin yanvarında Türkiyənin Antalya şəhərində keçiriləcək toplanış zamanı ilk 2 matçda ukraynalılarla qarşılaşacaq.
Təşkilatçıların kluba təqdim etdiyi qrafikə əsasən komanda Ukrayna Premyer Liqasının təmsilçiləri - "Zarya" və "Obolon"la görüşəcək. AZAL ilk matçını yanvarın 21-də "Zarya"ya qarşı keçirəcək. Futbolçularımız 3 gün sonra isə "Obolon"u sınağa çəkəcək. Bu oyunlar "Titanik" otelinin stadionunda baş tutacaq.
Qeyd edək ki, Ukrayna çempionatının XIX turundan sonra yaranan qış fasiləsinə “Obolon” və “Zarya” qonşu qismində yollanıb. Belə ki, onlar 16 komanda arasında müvafiq olaraq 11 və 12-ci yerlərdə qərarlaşıblar.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0