Şerif Azərbaycanda oynamaq istəmədi
09.12.2010 - 13:00
Syerra-Leone milli komandasının futbolçusu Şerif Avilo Suma Azərbaycanda oynamaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, İsveçin “Yonçopinq” klubunda çıxış edən 24 yaşlı sol cinah yarımmüdafiəçisi komandası ilə başa çatan müqaviləsini uzadıb.
Skandinaviya ölkəsinin aşağı dəstəsində çıxış edən klubda daha 2 il oynayacaq Şerif syerra-leoneli həmkarlarımıza verdiyi açıqlamada bildirib ki, Azərbaycandan aldığı təklifi də qəbul etməyib. Onun sözlərinə görə, ölkəmizlə yanaşı, ABŞ, Kipr, həmçinin İsveçin güclülər dəstəsi klublarından aldığı çoxsaylı təklifləri “Yonçopinq”ə qurban verməyi lazım bilib.
Qeyd edək ki, Syerra-Leone yığmasında “Bakı”nın futbolçusu İbrahim Karqbo ilə komanda yoldaşı olan Şerif 2006-cı ildən fasilələrlə milliyə çağırılır.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0