Neboyşa Manoyloviç: Raufu görsəniz, heyrətə gələrsiniz
09.12.2010 - 13:19
“Komandamızın qapıçılarının çalışmasından çox razıyam. Düzdür, hazırda əməliyyat olunan Paulius Qribauskas məşqlərə qatılmır. Rauf Mehdiyevlə gənc Elçin Sadıqov bütün səylərini ortaya qoyurlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" klubunun qapıçılarla işləyən məşqçisi Neboyşa Manoyloviç deyib.
Komandanın saytına açıqlama verən serb mütəxəssis “ağ-qaralar”ın qapıçıları haqda yüksək fikirdə olduğunu bildirib: “Sizi inandırım ki, Raufun məşqlərdə necə can qoyduğunu görsəniz, heyrətə gələrsiniz! Gənc Elçin də çox perspektivli qapıçıdır. Düşünürəm ki, gələcəkdə öz sözünü deyəcək. Son oyunlara gəldikdə isə Rauf Mehdiyev qapını qoruduğu görüşlərdə xarakter nümayiş etdirir. Raufun oyunu gənc azərbaycanlı qapıçılara örnək olmalıdır . Bu qapıçılarda ən müsbət xüsusiyyətlərdən biridir. Bir sözlə, "Neftçi"nin qapısı əmin əllərdədir".
Qeyd edək ki, cari mövsüm Unibank Premyer Liqasında cəmi 7 qol buraxan “Neftçi” bu göstəricidə “Qəbələ” ilə şərikli liderlik edir.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0