Millinin qapıçısı yeni ampluada
09.12.2010 - 13:30
Millinin qapıçısı yeni ampluada
İspaniya milli komandasının qapıçısı İker Kasilyas özünü yeni ampluada sınayıb. Apasport.az saytının məlumatına görə, dünya və Avropa çempionu olan 29 yaşlı futbolçu “Oyundankənar vəziyyətdə” filminin çəkilişlərində iştirak edib.

Komediya janrında çəkilən filmdə aşağı dəstələrdə oynayan futbolçularla çalışan futbol agentindən bəhs olunur. O, Kasilyas kimi məşhur qapıçı ilə tanış olduğunu deməklə, fırıldağa əl atır. Bununla da müştəriləri aldadıb, onlarda özü haqda təəssürat yaradır.

Filmdə Madrid “Real”ının qapıçısı ilə yanaşı, Argentinanın “Boka Xuniors” klubunda çıxış edən Martin Palermo və “Valensiya”nın prezidenti Manuel Lorente kimi futbol simaları da çəkilib.