Ruslar Fatih Terimi “Bakı”ya göndərir
09.12.2010 - 13:27
“Biz Fatih Terimə təklif göndərməmişik”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
2010-cu il dünya çempionatının seçmə mərhələsində uğursuz çıxışdan sonra Türkiyə yığmasının baş məşqçisi postundan istefa verən Fatih Terim hazırda işsizdir. Rusiya mətbuatında yer alan məlumata görə, Terim bu müddətdə yalnız “Bakı” klubundan təklif alıb. Amma Məmmədov “İmperator”a təklif göndərmələri ilə bağlı xəbərin düz olmadığını bildirib: “Bunlar boş söhbətlərdir. Almaniyalı çalışdırıcımız Vinfred Şafer postunda fəaliyyətini davam etdirir və hazırda baş məşqçi dəyişikliyi gündəmdə deyil”.
Qeyd edək ki, vaxtilə “Milan”ı da çalışdıran Terimin məşqçilik karyerasında ən böyük uğurları 2000-ci ildə “Qalatasaray”la UEFA kubokunu, bundan 8 il sonra yığma ilə Avropa çempionatının bürünc medalını qazanması olub.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0