Premyer Liqanın “yamağı”, bəxtsiz İsmayılov və başqaları
17.02.2011 - 00:04
Premyer Liqa təmsilçilərinin əksəriyyəti qış toplanışını eyni məkanda, oxşar şərtlərdə reallaşdırdılar. MOİK, "Simurq" və "Muğan" ölkə xaricinə yollanmağa imkan tapmadığı halda, "İnter", "Bakı", "Qarabağ", "Xəzər-Lənkəran", "Neftçi", AZAL, "Qəbələ" və "Turan" Antalyaya üz tutdular. "Gəncə" isə hazırlıq prosesini Gürcüstanda keçməyi məqsədəuyğun saydı.
Artıq toplanış dönəmi geridə qalıb və elita təmsilçilərimizi qış fasiləsindən sonra sonuncu turda iş başında görməyə macal tapmışıq. Etiraf edək ki, XX tur heç də gözlədiyimiz qədər maraqlı olmadı. Düzdü, qeydə alınan nəticələrdən sonra ilk "altılıq" uğrunda mübarizə daha da kəskin məcraya girdi və "Qəbələ" bir qədər şanslı duruma düşdü - amma kağız üzərində.
Lakin ümumilikdə hesabat turu mənfi, qanqaraldıcı məqamlarla diqqət çəkdi. Xüsusən də, azarkeşlərin çoxdan gözlədiyi "Böyük oyun" adına uyğun səviyyədə keçmədi. Qolsuz bərabərə başa çatan matçda nə "Neftçi"nin, nə də "Xəzər-Lənkəran"ın ifasında gözəl futbol, əzmkarlıq gördük.
Olduqca sönük keçən "Böyük oyun" öz yerində, artıq bu oyun keçmişdə qaldı. Amma bəzi hadisələr var ki, onların üzərində dayanmağı vacib sayırıq. Ən azı ona görə ki, bəlkə gələcəkdə səhvlərindən nəticə çıxararlar.
Premyer Liqanın MOİK adlı yamağı
MOİK-in işi Allaha qalıb. Rəzil durumda olan komanda səviyyəsi bəlli olan çempionatımıza "yamaq" kimidi. Belə davam edə bilməz. Ya Peşəkar Futbol Liqası (PFL) bu işə bir əncam çəkməlidi, ya da "hərbçilər" xalqdan abır edib, gedib bacardıqları işin qulpundan yapışmalıdılar. Hə, MOİK qış fasiləsində ənənəvi olaraq, bəzi futbolçuların əsgərlik məsələsini gündəmə gətirməklə bir qədər güclənib. Amma necə deyərlər, zorla məhəbbət olmur axı. Bir də ki, heyəti zəif olduğu üçün bu komandaya "gözünün üstündə qaşın var" demirik ki. MOİK-in dərdi stadion məsələsidi. Komandanın ev oyunlarını keçirmək üçün arenası yoxdu və buna görə də səfil həyatı sürür. Artıq "hərbçilər"in məsələn, "Neftçi" ilə səfər oyununu "Neftçi"nin, AZAL-la oyununu isə AZAL-ın meydanında keçirməyini həzm etmək məcburiyyətində qalmışıq. Elə bu baxımdan növbəti tur da istisna olmayacaq. Belə ki, MOİK "İnter"lə ev oyununu "bankirlər"in meydanında - "Şəfa"da oynayacaq.
MOİK-in nəvaxtadək belə həyat yaşayacağını bilməsək də, bir şey dəqiqdi bizim səviyyə baxımdan Premyer Liqamıza tən olan xarici çempionatlarda belə rüsvayçı olay yaşanmır. Ev oyununu rəqibin meydançasında keçirməyi hardasa başa düşmək olar. Amma MOİK-in sonuncu turda "Turan"ı digər bir elita təmsilçisi - "Bakı"nın təlim-məşq bazasında qəbul etməsinə nə ad verək? Bu, sadəcə, PFL, futbol ictimaiyyəti, azarkeşlərlə məzələnməkdən başqa bir şey deyil. Ay, "hərbçilər", məgər məcburdu, oynamayın da. Hələ utanmaz-utanmaz da elitada qalmağa can atırsız.
Bəxtsiz və biçarə Fuad İsmayılov
Ötən şənbəyədək mənim gözümdə ən bəxtsiz yerli məşqçi Əsgər Abdullayev idi. Təcrübəli mütəxəssis 2005/06 mövsümünün sonuna yaxın "Bakı"dan ayrıldı, onun yerinə gələn Böyükağa Hacıyev "zolaqlılar"ı çempion edən məşqçi kimi tarixə düşdü. Daha sonra 2007/08 mövsümdə onun rəhbərlik etdiyi "Olimpik" (indiki AZAL) sonuncu tura lider kimi girsə də, qızıl medalları əldən verdi. Təsəvvür edin, sonuncu turadək mövsüm ərzində 1 (!) məğlubiyyəti olan Əsgər bəyin komandası çempion olmaq üçün "Qarabağ"la heç-heçə edə bilmədi. Halbuki, həmin oyun ağdamlılar üçün formal xarakter daşıyırdı. Bu, bəxtsizlikdən də o tərəfə bir şeydi. Amma futbolda belə şeylərə dəfələrlə rastlaşdığımızdan bunu faciəyə çevirmək lazım deyil.
Nə isə, mətləbdən uzaqlaşmayaq. Keçək Abdullayevi unutduran şəxsin kimliyinə. Bu, "Gəncə"nin baş məşqçisi Fuad İsmayılovdu. Adam əziyyət çəkib komandanı bir ilin içində elitaya yüksəltdi. Premyer Liqadakı debüt mövsümü isə göz qabağındadı. Açığı, bundan yaxşısını arzulaya da bilməzdilər. "Gəncə" 3-4 tur öncəyə kimi ilk "altılıq" uğrunda mübarizə aparan komandalar sırasında idi. Amma təcrübəsizlik və rəqiblərlə müqayisədə heyətlərinin çox zəif olması onların axsamasına səbəb oldu. Lakin istənilən halda hələ başa çatmayan mövsümü "Gəncə" üçün uğurlu saymaq olar. Zarafat deyil, İsmayılovun yetirmələri "doğma divarlar" arasında "İnter"i udub, "Xəzər-Lənkəran"ı darmadağın edib. Di gəl ki, komandanın bu uğurlarına heç də hamı eyni gözlə baxmır.
Təsəvvür edin, "Gəncə" evdə "İnter"lə oyunun gedişində 1:0 hesabı ilə öndə olduğu halda bir qrup azarkeş durmadan Fuad bəyi istefaya səsləmişdi. Niyə, hansı səbəbə görə? İsmayılov daha nə etməliydi? Zatən, həmin adamların niyyəti bəlli və kiminsə sifarişini yerinə yetirdikləri gün kimi aydın idi. Adamın ən azı insafı olar, heç olmasa, bunu "Gəncə" uduzduğu halda edər, necə ki, hər heç-heçədən sonra belə etdilər. Amma İsmayılov o qədər bəxtsiz adamdı ki, komandası çempionu məğlub etdiyi halda belə onun istefaya səsləyənlər tapılır.
Əslində, həmin azarkeşlərin kimlərinsə sifarişini yerinə yetirdiyini nəzərə alıb, vəziyyəti başa düşmək olar. Hər halda belələri futboldan uzaq adamlardı. Bəs Nazim Süleymanova nə sözünüz?
Sonuncu turda doğma meydanda "Gəncə" ilə qolsuz heç-heçə edən AZAL "altılıq" uğrunda mübarizədə işini çətinə saldı. Və oyunsonrası mətbuat konfransında Süleymanov öz səhvlərindən danışmaq əvəzinə "Gəncə"nin rəqibləri tərəfindən stimullaşdırıldığını bildirdi. Əla bəhanədi. Lap deyək ki, Nazib bəy düz deyir. Axı, milli çempionatda stimullaşdırılmış bir komandanı uda bilməyən AZAL-ın ölkəmizi avrokuboklarda təmsil etməsi nəyimizə lazımdı? Bu, işin birinci tərəfi. Digər yandan, zavallı İsmayılov nə etsin? "Gəncə" uddu və ya uduzdu istefaya səsləyirlər. Rəqibə dirəniş göstərir, stimullaşdırılmada günahlandırırlar. Heç bu qədər də bəxtsizlik olar?
Jaba ilə Roşa olsaydı...
Qış fasiləsində Vinfred Şaferi Aleksandr Starkovla əvəzləyən "Bakı"nın durumu düzəlmir ki, düzəlmir. "Zolaqlılar"la paralel olaraq, Latviya millisini də çalışdıran təcrübəli mütəxəssisin ölkəmizdəki debütü uğurlu alınmadı. Paytaxt təmsilçisi evdə "Muğan"la "sülh" bağlamaqla (1:1) "altılıq" uğrunda mübarizədə işini çətinə saldı. Halbuki "Qəbələ" səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduğundan "Bakı"nın 6-cı sıraya yüksəlmək üçün əla şansı vardı. Di gəl ki, "zolaqlılar" Salyan təmsilçisinin müqavimətini qıra bilmədi və bunun da günahkarı baş məşqçidi. Çünki o, Jaba ilə Leonardo Roşanı düzgün qiymətləndirmədi. Düzdü, braziliyalılar təlim-məşq toplanışına təyin olunan vaxtda gəlməməklə düz iş görməmişdilər. Amma onların səviyyəsini və "Bakı"nın acınacaqlı durumunu göz önünə alıb, pul cəzası ilə də ötüşmək olardı. Amma Starkov onları əvəzedici heyətə göndərdi və bunun da acısını yaşadı. Hər halda "Bakı" "Muğan"la oyunda çox "dişsiz" görünürdü. Halbuki, Jaba ilə Roşa heyətdə yer alsaydı, vəziyyət başqa cür ola bilərdi.
ŞAMO, “Ekspressfutbol qəzeti”

0
0