“Ermənilər dava salmağa cəsarət edə bilməzdilər”
20.02.2011 - 00:01
“İnter” klubunun yarımmüdafiəçisi Rövşən Əmiraslanovun apasport.az saytına müsahibəsi
- “Birlik kuboku”nu qazanmaq, eləcə də ölkə başçısı tərəfindən komandanın qəbul edilməsi “İnter”in gündəmi zəbt etməsinə səbəb oldu. Hazırda özünüzü necə hiss edirsiniz?
- Əlbəttə, komanda olaraq qazandığımız uğura sevinməyə bilmərik. Ayrıca yerli futbolçu kimi son zamanlar diqqət mərkəzində olmağım da sevincimə səbəb olub. Təbii ki, formasını geyindiyin komanda uğur qazanırsa və sən də bu uğura öz töhfəni verirsənsə, istər-istəməz məşhurlaşırsan. Futbolçuya nə lazımdır, uğur qazanmaq.
- Ancaq bu da faktdır ki, turnir əvvəlki şöhrətini itirib. Əksər hallarda əvəzedicilərə, hətta hansısa klubun 17 yaşlı futbolçularına meydan verilir.
- Bunu gözü götürməyənlər deyir. Nə olsun ki, əvəzedicilər gəlir. Tarixdə nəticə qalır. Həm də hər bir klub öz ölkəsini təmsil edir. Deyirlər ki, “İnter” “Zenit”in 17 yaşlılarını uddu. Ola bilsin, turnir kim üçünsə əhəmiyyətli olmasın. Amma hər bir yarışın, qazanılan uğurun “İnter” üçün dəyəri böyükdür.
- Ermənistan təmsilçisi olan “Mika” ilə oyun yaddaşınızda necə qalıb?
- Onlarla qarşılaşacağımızı bilmirdik. Sadəcə, burdan yollananda məqsədimiz vətənə kubokla dönmək idi. Ermənilərlə oyuna gəldikdə, rəhbərlik futbolçularla görüşmüşdü. Biz qələbə qazanacağımıza arxayın idik. Onlarla qarşılaşacağımıza görə sevinirdik. Çünki bu qələbənin ikiqat dəyəri olacağını bilirdik. Bəlkə də bu oyun çempionluğa əlavə rəng qatdı.
- Oyunun gedişində hansısa gərginlik var idimi? Onlarla dalaşmaq üçün rəqibi təxribata sürükləyirdinizmi?
- Futbolu siyasiləşdirmək olmaz. Orda qalmaqal düşsəydi, erməniləri əzib keçəcəkdik. Komandamız legionerlərdən təşkil olunsa da, həmin futbolçular bizim qədər həyəcan keçirirdilər. Məsuliyyəti dərk edirdilər. Azarkeş baxımında da biz rəqibdən üstün idik. Onların gözləri qarşısında uduzmaq mümkün deyildi. Həm də bu vəziyyətdə ermənilər dava salmağa cəsarət edə bilməzdilər.
- Ölkə çempionluğu sizin üçün vacibdir, yoxsa “Birlik kuboku”nu qazanmaq?
- Azərbaycan çempionu olmaq daha doğmadır. Çempionlar Liqasında ölkəni təmsil etmək hüququ qazanırsan. Hər mükafatın öz yeri var, amma ölkə çempionu olmaq daha əzizdir.
- Qalib olduqdan sonra sizi qohumlar arasında ilk olaraq kim təbrik etdi?
- Valideynlərim, qohumlarım, hətta tanımadığım insanlar da zəng vurub təbrik edirdilər.
- Hava limanına kubokla birlikdə enən zaman hansı təəssüratlar keçirdiniz?
- Özümü xoşbəxt hiss edirdim. Həyatımda ilk dəfə idi belə yüksək səviyyəli mükafat qazanmışdım.
- Legionerlərin çoxluq təşkil etdiyi kollektivin üzvü olmaq çətin deyil?
- Münasibət qurmaq baxımlından onlar öz yerlərini bilirlər. Bura futbol oynamağa və pul qazanmağa gəldiklərini dərk edirlər. Hamısı peşəkar oyunçulardır. Başqa söz-söhbət ola bilməz. Ab-hava çox yaxşıdır.
- Xasiyyətiniz barədə nə deyə bilərsiniz?
- Sakit təbiətli insanam. Bacardıqca qarşımdakı insanın qəlbini qırmamağa çalışıram. Ola bilsin, hardasa tərslik edim. Ancaq yenə də əsəblərimi cilovlamağa çalışıram. Özümü yetərincə səbirli insan sayıram.
- “İnter”də daha çox rus dilində danışılır. Azərbaycan dilinə bu qədər hörmətsizlik sizi hardasa qıcıqlandırmırmı?
- Bu, bizim işimiz deyil. Bugünkü vəziyyət belədir və ona uyğunlaşmaq lazımdır. Deyə bilmərik ki, legionerlə niyə çoxdur və ya yerli futbolçular niyə azdır.
- “İnter”ə azarkeşlər tərəfindən bir qədər ögey münasibətin bəslənməsini bununla izah etmək olarmı?
- Bu sualı çox veriblər. Heyətində bizim klubdakından çox legionerləri olan komandalar var. Heç onların adı bu qədər hallanmır. Bu söhbətdə niyə “İnter”in üzərinə bu qədər düşürlər, anlamıram. Razıyam, əcnəbilərin sayı çoxdur. Bir-iki klub var ki, orda yerli uşaqların sayı çoxdur. Qalanlarında əcnəbilər üstünlük təşkil edir.
- Siyasətlə aranız necədir?
- Çox pis. Kimsə danışanda sakitcə qulaq asıram. Çünki bu söhbət mənlik deyil.
- Bəs çayxanaya getmək?
- Hərdən dost-tanışla çay içməyə gedirik. O da istirahət vaxtı.
- Haqqınızda artıq-əskik danışan olubmu?
- Bəlkə də danışıblar, amma mənə çatmayıb. Yaxşılığa dediklərini eşitmişəm.
- Sakit təbiətli olduğunuza görə, bu xasiyyətinizdən istifadə ediblərmi?
- Uşaq deyilik ki, yaşımız az olsa da, dünya görüşümüz çoxdur. İstifadə etmək istəyən olsa belə, yol vermərik.
- Mətbəxdə çoxmu vaxt keçirirsiniz?
- Yemək bişirməyi bacarmıram. Ancaq kartof, bir də yumurta bişirə bilirəm. Ən çox sevdiyim yemək isə yarpaq dolmasıdır.
- Spirtli içkilərə münasibətiniz necədir?
- İstifadə etmirəm. Məcburiyyət qarşısında qalmadıqca da, içki olan masanın ətrafında əyləşmirəm. Əyləşəndə isə heç nə yemirəm. Çox narahat oluram.
- Sizə indiyə qədər alınan ən dəyərli hədiyyə hansıdır?
- Hədiyyələr çox olub. Atamın uşaq vaxtı aldığı butsu ən dəyərli hədiyyədir. Atam yolumda çox əziyyət çəkib. Buna görə valideynlərimə təşəkkür edirəm.
- Övlad kimi necə, onların qayğısına qala bilirsinizmi?
- Əlimdən gələni edirəm. Əgər bu gün onlar məndən razılıq edirlərsə, deməli, düz yoldayam. Heç bir övlad valideynin borcundan tam qaytara bilməz. Hansısa bir əməlimlə, işimlə onları sevindiririksə, bu bizim üçün fəxrdir.

0
0