Rəşad Sadıqov: Məcbur olanda yalan danışıram
27.02.2011 - 12:50
Azərbaycan yığmasının və “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Yarım illik fasilədən sonra vətənə döndünüz. Bu müddət ərzində hansı dəyişikliklərin şahid oldunuz?
- Çempionatın daha maraqlı dövründəyik. Oyunlar gərgin keçir. Hər xalın dəyəri böyükdür.
- Hansı komandanın oyunu xoş təsir bağışlayır?
- Əvvəlki illərlə müqayisədə xal ehtiyatına görə “Xəzər Lənkəran” və “Neftçi”nin vəziyyəti daha yaxşıdır. Bu komandalar arasındakı oyunu da izlədim. Maraqlı keçdi. İkisi də sabit oyun nümayiş etdirir.
- “Qarabağ”ın hədəfi də çempion olmaq və ya mükafatçılar sırasına düşməkdir. Reallığı nəzərə alsaq, komandanız əsas rəqiblərinə çata biləcəkmi?
- Bu gün çempion olmaq real görünmür. Əsas məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Bildiyiniz kimi, “Qarabağ” bir müddət çətin anlar yaşadı, ilk “altılığ”a düşməsi sual altında idi. Şükürlər olsun ki, indiki məqamda vəziyyət yaxşıdır. Arxada qalan oyunlarda çox xal itirdiyimizi nəzərə alsaq, mövsümü ilk “üçlük”də bitirmək bizim üçün yaxşı nəticə hesab ediləcək.
- Xüsusilə, sizin gedişinizdən sonra komanda toparlana bilmədi...
- Bu avrokuboklardakı oyunların nəticəsi idi. Uşaqlar orda çox güc sərf etmişdilər. Buna görə də istirahət lazım idi. Ancaq vaxt yox idi. Yorğunluq altında meydana çıxanda da yaxşı nəticə qazanmaq mümkün deyildi.
- Niyə Avropanın aparıcı ölkələrində klublar 2-3 cəbhədə eyni vaxtda mübarizə aparsalar da, onlarda yorğunluq olmur, amma bizdə bu dərhal hiss olunur.
- Biz oynadığımız vaxt əslində komandaların təlim-məşq toplanışları keçirdiyi dönəm idi. Buna görə də futbolçular lazımınca yükləmələr olmadı, istədiyimiz kimi hazırlıq keçə bilmədik. Bu da çempionatın gedişində özünü göstərdi. Qaldı 3-4 gündən bir oyun keçirməyə, bu digər ölkələrin klublarına da təsir göstərir. Ola bilsin, İngiltərə, İspaniya kimi ölkələrin təmsilçilərində hiss olunmasın.
- Bütün günü futboldan danışmaq sizi yormur?
- Sutkanın 8-9 saatını yatırıq, qalan vaxt isə futboldan danışırıq. Hərdən digər məsələlərdən, və ya hansısa maraqlı mövzularda söhbət eləyirik. Siyasətlə qətiyyən aram yoxdur, əskinə bu mövzuda danışmaq darıxdırıcıdır. Digər idman növləri ilə də maraqlanıram.
- Necə düşünürsünüz, azarkeşlər haqqınızda kifayət qədər məlumatlıdırlarmı, sizi lazımi qədər tanıyırlarmı?
- Çox adam futbolçu kimi tanıyır. Hamının məni yaxından tanıması mümkün deyil. Azarkeşlər hardasa 10 faiz xasiyyətimə bələddirlər.
- Tez hirslənirsiniz?
- Əvvəllər tez hirslənirdim. Ancaq indi daha səbrli, sakitəm.
- Əsəblərinizi lazımi məqamda cilovlaya bilirsinizmi?
- Bunu yaxşı bacarıram.
- Adətən siz komandanızın lideri kimi gözə çarpırsınız.
- Belə deməzdim, “Qarabağ”da hər kəsin öz funksiyası var. Hamının sözü eşidilir.
- Ancaq meydanda sizin dediklərinizi hər kəs qəbul edir.
- Mən də onların sözünü eşidirəm. Dostuq, bir-birimizə hörmətlə yanaşırıq.
- Gəzməklə aranız necədir?
- Yaxşı deyil. Oturaq olmağı daha çox xoşlayıram. Ona görə də uşaqlarla daha çox çay evlərində otururuq, söhbət eləyirik.
- Nə vaxtsa sizə “torba” tikiblərmi?
- Xeyr, belə şey olmayıb.
- Film izləmək, musiqiyə qulaq asmaqla aranız necədir?
- Musiqi ilə orta, amma filmə baxmağı xoşlayıram.
- Hansı janrda çəkilən filmləri xoşlayırsınız?
- Janrla deməzdim, əsas odur maralı olsun, həyati filmlər olsun.
- Riskə gedirsiniz?
- Xoşlayıram.
- Bunun ziyanını çəkmisiniz?
- Bilməmişəm məni nə gözləyir, amma ziyanıma olacağını hiss etsəm də, bu addımı atmışam. Fikirləşmişəm ki, bəlkə xeyrimə oldu, sonra görmüşəm ki, ziyanıma olub.
- Bağışlaya bilmədiyiniz səhv olubmu?
- Səhvsiz mümkün deyil. Elə yaş dövründə yaşayırıq ki, artıq bəzi səhv addımlarına görə peşman olmağa başlayırsan. Onu da deyim ki, çox peşmançılıq çəkən insan deyiləm. Nə etmişəmsə, həmin ana görə bunu etmişəm. Bir müddətdən sonra yanlış olduğunu görmüşəm. Yenə deyirəm, peşmançılıq çəkmirəm. Ürəyimin səsinə qulaq asıb, addım atmışam. Çox az olub ki, ağlımla hərəkət eləyim. Həmişə ürəyimlə hərəkət etmişəm.
- Bu da faktdır ki, ürəyin səsinə qulaq asanda insan çox vaxt yanılır...
- Heç nəyə görə də peşman deyiləm. Bəlkə daha irəli getmək olardı. Ancaq qazandığım dostlara, hər şeyə görə şükür edirəm. Ola bilər ki, hansısa addımı atsaydım, dostumu və ya qardaş dediyim insanı itirə bilərdim. Mən hər zaman dostlarımın yanında olmuşam. Dostluq, qardaşlıq eləməyi xoşlayıram.
- İnsanın ruh düşkünlüyünə qapıldığı məqamlar olur. Onda neynirsiz?
- Hər şeyi zamanın öhdəsinə buraxıram. Həyatda yıxılmayan insan var ki? Karyeram ərzində başıma gələnləri başqa futbolçu yaşasaydı, bəlkə də 24-25 yaşında karyerasını bitirərdi. Yıxılmaq ayıb deyil, yıxılıb durmamaq ayıbdır. İnsan irəli getməlidir. Həm də sirrimi heç kimlə paylaşmıram. Özümə qapanıram. Özüm-özümü sakitləşdirə bilərəm.
- Yalan danışırsınız?
- Hərdən, məcburiyyət qarşısında qalanda danışıram. Ancaq çalışıram ki, danışmayım. Yalan danışmaq günahdır.
- Mətbəxlə aranız necədir?
- Heyf deyil öz yeməklərimiz. Mətbəximiz üçün darıxmışam. Çox geniş və dadlıdır. Heç bir ölkədə belə dadlı yeməklər yoxdur. Karyeramız ərzində müəyyən ölkələrdə olmuşuq və görmüşük. Söhbət öyrəşməkdən getmir. Dad həmin dad deyil.
- Ölkədən kənara çıxanda çox darıxırsınız?
- Çox darıxıram.
- İradəli insansınız?
- Nə zəif, nə də çox iradəliyəm.
- Arzularınıza çatmısınızmı?
- Heç vaxt xəyal etməmişəm. Qarşıma konkret məqsəd qoymuşam və ona doğru irəliləməyə çalışmışam. Məqsədim da heç vaxt əlçatmaz olmayıb. Reallığı nəzərə alıb, qarşıma məqsəd qoymuşam. Bir çoxuna çatmışam.

0
0