Rəşad Sadıqov: Bizə qol vurmağı bacaran hücumçu lazımdır
11.08.2011 - 09:33
“İlk hissəni yaxşı oynadıq. Növbəti yarıda rəqib pressinq tətbiq etdi. Belədə, top itirməyə başladıq”. Bunu apasport.az saytına açıqlamasında yığmamızın kapitanı Rəşad Sadıqov deyib.
Yoldaşlıq matçında Makedoniyaya 0:1 hesabı uduzduğumuz görüş haqda fikirlərini açıqlayan Sadıqovun sözlərinə görə, buraxılan qoldan sonra nə qədər çalışsalar da, vəziyyəti dəyişmək mümkün olmayıb: “2-ci hissəsini ilk 15 dəqiqəsini pis keçirdik. Qol buraxandan sonra irəli atıldıq. Müəyyən gedişlər etsək də, hesabı bərabərləşdirə bilmədik. Ümumiyyətlə, əgər istəyiriksə qalib gələk, irəlidə qol vurmağı bacaran hücumçularımız olmalıdır. Yoxsa, işimiz çətin olacaq. Fəallıq göstərəcəyik, amma nəticə olmayacaq”.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0