Rusiyanın II divizionundan “Simurq”a
11.08.2011 - 09:58
Azərbaycan Premyer Liqasının iştirakçısı olan “Simurq” heyətinə daha bir legioner cəlb edib. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Kuzbass” klubunun kapitanı Vasili Yanotovski Zaqatala təmsilçisinin baş məşqçisi olan həmyerlisi Sergey Yuranın dəvətini qəbul edib. II divizionun Şərq zonasında çıxış edən Kemerovo təmsilçisinin rusiyalı müdafiəçisi karyerasını ölkəmizdə davam etdirməyi üstün tutub. Vasili bu istəyini “Kuzbass”ın rəhbərliyinə bildirib və buna müsbət cavab alıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0