Makedoniya – Foqts - 2,5:0,5
11.08.2011 - 10:42
Makedoniya millisi 3-cü dəfə Berti Foqtsu sınağa çəkdi. Apasport.az saytının məlumatına görə, 65 yaşlı almaniyalı mütəxəssis Azərbaycan yığmasının baş məşqçisi postuna gəlişinədək Nigeriya millisinin “sükanı arxası”nda makedoniyalılarla görüşüb.
Özü də Foqts Skopyedə keçirilən həmin yoxlama oyununda uduzmayıb – 0:0. O, millimizin çalışdırıcısı kimi Makedoniya ilə son 15 ayda keçirdiyi hər 2 matçda yenildi. Bu, əvvəl Avstriyada təlim-məşq toplanışı çərçivəsində keçirilən yoldaşlıq görüşündə 1:3, indi isə Bakıda “Dalğa Arena”da keçirilən oyunda 0:1 hesablı məğlubiyyətdir.
Qeyd edək ki, Foqts 2008-ci ilin aprelin əvvəlində milli komandamıza təyinatına kimi məhz Nigeriya yığmasının baş məşqçisi olub və uğursuzluğa görə istefaya göndərilib.

0
0