Biz nə vaxt sevinəcəyik, cənab Foqts?
11.08.2011 - 13:27
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts antirekordunu təkrarlayır. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssisin rəhbərliyi altında millimiz ardıcıl 6-cı məğlubiyyətini alıb.
Bu uğursuzluq seriyası hələ ötən ildən başlayıb. Komandamız noyabrda Çernoqoriyaya səfərdə, fevralda Macarıstana Dubayda 0:2 hesabı ilə uduzdu. Bundan sonrakı 3 məğlubiyyət isə Avro-2012-in seçmə mərhələsində rəsmiləşib: martda Belçikaya (1:4), iyunda Qazaxıstana (1:2) və Almaniyaya (1:3). Nəhayət, Makedoniya ilə Bakıda yeni açılan “Dalğa Arena”da yoldaşlıq görüşündə tilsimi qıracağımızı düşünsək də, bu, baş vermədi – 0:1.
65 yaşlı çalışdırıcının yığmamızdakı məğlubiyyət seriyası ilə bağlı antirekordu 2 il öncə olub. Onda 6 ay ərzində Rusiyaya (DÇ-2010-un seçmə mərhələ oyunu, səfərdə 0:2), Türkiyəyə (yoldaşlıq görüşü, səfərdə 0:2), Uelsə (DÇ-2010-un seçmə mərhələ oyunu, evdə 0:1), İspaniyaya (yoldaşlıq görüşü, evdə 0:6), Almaniyaya (DÇ-2010-un seçmə mərhələ oyunu, evdə 0:2), Finlandiyaya (DÇ-2010-un seçmə mərhələ oyunu, evdə 1:2) və yenə Almaniyaya (DÇ-2010-un seçmə mərhələ oyunu, səfərdə 0:4) uduzmuşduq.
Göründüyü kimi, həmin vaxt ardıcıl 7 məğlubiyyət olmuş və buna Lixtenşteynlə səfərdəki rəsmi oyunda 2:0 hesablı qələbə ilə son qoymuşduq. Yeri gəlmişkən, bu, Foqtsun millimizdə rəqib meydanında rəsmi oyunda hələlik yeganə qalibiyyətidir.
Millimizin növbəti sınağı evdə olsa da, bu dəfə daha güclü rəqiblə olacaq. Söhbət Belçika yığması ilə sentyabrın 2-də Tofiq Bəhramov adına Respublika stadionunda Avro-2012-in rəsmi görüşündən gedir. Foqts yenə uduzarsa, ardıcıl 7 məğlubiyyətlə öz antirekordunu təkrarlayacaq.
Əslində, Foqts son 9 ayda 7 dəfə uduzub. Belə ki, millimiz Dubaydakı təlim-məşq toplanışında Macarıstandan öncə Ukraynanın “Metallist” klubu ilə yoldaşlıq görüşü keçirərək, 0:1 hesabı ilə uduzdu. Sadəcə, yığmanın klubla oyununun nəticəsi nəzərə alınmadığından, bu statistika almaniyalı çalışdırıcının antirekordunu artıq təkrarlamağına imkan vermir.
Qeyd edək ki, yığmamız sonuncu qələbəsini ötən ilin oktyabrın 12-də Türkiyə ilə rəsmi oyunda qazanıb. Respublika stadionundakı həmin tarixi qələbə gələcəyə böyük ümid versə də, Foqtsun komandası əksinə, bundan sonra “uğursuzluq zolağı”na düşdü.
Mehman SÜLEYMANOV

0
0