Ölkə futbolu qara geyinməyə hazırlaşır
03.12.2011 - 00:45
Ölkə futbol arenasındakı hadisələri diqqətlə izləyənlər "Turan"ın son vaxtlar dağılmaq təhlükəsi ilə üzləşdiyindən xəbərdardı. Hətta bir müddət öncə vəziyyət o yerə çatmışdı ki, oyunçular əvvəlcə məşqləri boykot etmiş, daha sonra isə "doğma divarlar" arasında keçirilən "Rəvan"la qarşılaşmanın ardından Tovuzu tərk etmişdilər.
Düzdü, sonradan həm komandanın hazırlıq prosesi, həm də klubun Premyer Liqada fəaliyyəti bərpa olundu. Amma ölkə birinciliyinin son turlarındakı matçlara əsasən əvəzedici heyət üzvlərindən təşkil olunmuş komandayla çıxan əyalət klubunun başı üzərindən qara buludların tam çəkildiyini söyləmək mümkün deyil. Elə klubun ölkə kubokunun 1/8 final mərhələsində "İnter"lə qarşılaşmanı yarımçıq dayandırması da problemlərdən xəbər verir.
Bu, hər nə qədər hakimin qərarlarına etiraz kimi qiymətləndirilsə belə...
Adəti üzrə az qala hər mövsüm bir klubu futbolumuzun "fəxri xiyabanı"na göndərən ölkə futbolu yenidən qara geyməyə hazırlaşır. Ona görə ki, müstəqillik dövründə milli çempionatların hamısında iştirak etmiş üç klubdan biri olan "Turan"ı saxlamaq üçün maliyyə baxımından imkan yoxdu. Bu isə gülməli və bir o qədər də absurddu.
Amma biz hər il bir klubumuzun halına ağlamağa çoxdan öyrənmişik. Dünyanın heç bir ölkəsində bu qədər klub dağılmır. Düzdü, xarici ölkələrdə də maliyyə problemləri üzündən fəaliyyətini dayandıran bir neçə komanda tapmaq olar. Amma 20 illik müstəqilliyimiz tarixində təkcə güclülər dəstəsində 30 komanda "canını tapşırıb" ki, bu da dünyada analoqu olmayan bir haldı.
Təəssüf ki, bu hal elə ilk milli çempionatdan müşahidə olunub. İlk mövsümdə Bakı "İnşaatçı"sı ölkə kubokuna sahib çıxsa da, sonradan dağıldı. Sonradan məhz həmin komandanın açdığı cığırla gedənlər az olmadı. "ANS-Pivani", "Viləş", "Şəfa"... Siyahını genişləndirmək də mümkündü, amma dağılan klublar arasında ölkə çempionatının gümüş və bürünc medallarını, eləcə də ölkə kubokunu qazanmış kollektivlərin olması vəziyyətin nə yerdə olduğunu bariz şəkildə göstərmək üçün yetərli nümunədi.
Hazırda əksər klublarımız birbaşa və ya dolayısı ilə məmurların nəzarətindədi. Əslində, bunda pis bir şey axtarmağa dəyməz, amma bu, həm də klublarımızda azad rəqabət mühitinin olmadığını göstərir. Futbolun xarici şirkətlər üçün ən önəmli marketinq aləti olması şübhə doğurmur. İstər ölkəmizdə, istərsə də bütün dünyada futbol çox populyar olduğundan bu bazara daxil olan şirkət burada qısa zamanda möhkəmlənə biləcəyi kimi klublarımız da beynəlxalq aləmdə tanına və brendə çevrilə bilər. Amma klub sahibləri komandanı səhmdar cəmiyyətə çevirməkdə maraqlı deyillər. Bu isə birgə fəaliyyət ənənəsinin olmaması ilə əlaqədardır.
Bu gün ölkə klublarının çoxu neftdən ayrılan pullar hesabına yaşayır. Bu üzdən də başda "Neftçi" olmaqla digər dövlətdən maliyyələşən komandaların dağılma ehtimalı azdı, amma gəl ki, həmin klubların da stadionu, bazası və s. yoxdu. Komandaya öz istəyi ilə himayədarlıq edənlər isə azlıq təşkil edir. Həmin sponsorlar komandanı himayə etməkdən imtina edəndə isə klubların dağılması kimi üzücü mənzərə ilə qarşılaşmalı oluruq.
Bəs görəsən, bu aqibətlə niyə məhz bizim klublarımız qarşılaşır? Axı, xarici ölkələrdə də uzun illər uğur qazana bilməyən komandalar var. Niyə bizdən fərqli, onların başbilənləri klubu yarı-yolda qoymur? Xarici ölkələrdə futbolun kütləviləşməsinə xüsusi diqqət ayrılır. Hər bir ölkə milli futbolunu brend səviyyəsinə çatdırmağa səy göstərir. Bunun nəticəsində isə ayrı-ayrı iş adamları bu idman növünə investisiya yatırmaqda tərəddüd etmir. Yəni himayədar komandanın inkişafı üçün qoyulan maddi vəsaitin qarşılığını alacağını bilir.
Xarici ölkə klublarının dağılmamasının digər səbəbi onların hər birinin özünəməxsus dəsti-xəttinin, ənənəsinin olmasıdır. Xarici ölkə klublarını bizim komandalardan fərqləndirən amillərdən biri də onların heç də yalnız sponsorlardan asılı olmamasıdı. Qısası, xarici ölkə təmsilçiləri sponsor dəstəyindən məhrum olsa belə, özünü yaşatmaq iqtidarındadı. Bu, məhz peşəkarlığın göstəricisi sayılmalıdı. Bunda xarici komandaların mövsüm ərzində bilet satışından, həmçinin reklamlardan və kluba məxsus futbol aksesuarlarının satışından əldə etdiyi gəlirin təsiri böyükdü.
Azərbaycanda isə klubların nəinki böyük gəlirlər qazanması, heç xərclərinin kiçik bir hissəsinin belə ödəyə bilməməsi, azarkeşlərlə əlaqənin olmaması, nəticə olaraq oyunlara çox az sayda insanın gəlməsi, sponsorların cəlb olunmaması, brendləşmənin olmaması, sistemsizlik nəticəsində yalnız böyük pulların xərclənməsi, xərclərin müsbət dəyişikliyə səbəb olmaması nəticə olaraq himayədarları gec-tez bu sektordan uzaqlaşdırır.
Bu gün çətin günlərini yaşayan "Turan"ın prezidenti Musa Süleymanov komandanı himayəsinə götürə biləcək hər hansı bir iş adamına verməyə hazır olsa da, müəyyən pul ayırmaqla komandadan qısa zamanda xeyli gəlir götürməyi düşünən iş adamlarının bu işə qol qoyacağı inandırıcı deyil. Digər tərəfdən, himayə etdiyi komandaya ancaq gəlir mənbəyi kimi baxan sponsorlar klub üçün yeni stadion, baza və s. inşa etməkdə maraqlı olmur.
Bütün bu çatışmazlıqlar başda futbol funksionerlərimiz olmaqla bütün futbol ictimaiyyətini düşündürməli və bundan çıxış yolu axtarılmalıdı. Ölkə futbolunda mövcud olan problemləri federasiya rəsmiləri həll etməyəcəksə, kim yoluna qoymalıdı? Düşünməyə dəyər, cənablar. Hər halda, Azərbaycan futbolunu hansısa müsbət ənənəsiylə tanıtmaq və klublarımızın dağılmasına imkan verməmək daha yaxşı olardı.
TURAL
Ekspressfutbol qəzeti

0
0