“Neftçi”nin təkrarolunmaz oyun üslubu var”
15.12.2011 - 16:53
“Mən tam fərqli – Qafqaz mentalitetinə malik bir ölkəyə getmişdim. Buna uyğunlaşmaq vaxt tələb edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun sabiq futbolçusu Valentin Belkeviç deyib.
Kiyev “Dinamo”sunda məşhurlaşan belaruslu futbol veteranı karyerasının sonunda ölkəmizə gəlib, burada heyətə düşməkdə çətinlik çəkməsindən danışıb: “19-20 yaşında bu asan olur, amma 35 yaşında isə qat-qat ağır. Ailəmdən uzaqda, fərqli futbol səviyyəsinə düşmüşdüm. Bəzi anlarda karyeramı bitirməyib, ora getməyimə də peşman olurdum. “Paxtakor”, Tiflis “Dinamo”su, “Neftçi”, “Ararat” kimi klublar özünəxas təkrarolunmaz oyun üslubuna malikdir. Lakin 10 il Kiyev “Dinamo”sunda oynamış birisi üçün bu tamamilə qeyri-adi bir şeydir”.
Qeyd edək ki, Belkeviç “İnter”də 2008/09 mövsümündə çıxış edib. O, karyerasını 5 oyun keçirdiyi paytaxt təmsilçisində bitirib.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0