“Xəzər Lənkəran” legionerini qaytarmaqda qeyri-adi heç nə görmür
18.01.2012 - 16:14
“Kostantin Arbanas müqavilə ilə bizə məxsus futbolçudur. Sadəcə, keçmiş baş məşqçimiz Mirça Rednik onu sərəncamında görmək istəməmişdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib. Lənkəranlılar 2010-cu iyulunda baş məşqçi postuna rumıniyalı Mirça Redniki gətirdiyi zamanı transfer etdiyi onun həmyerlilərindən biri də Konstantin Arbanas idi. Ancaq 29 yaşlı rumın yarımmüdafiəçi artıq yarım ildən sonra, ötən ilin qış fasiləsində transferə çıxarıldı. Bir vaxtlar “Şerif”də oynayan Konstantin yenidən Moldova qayıdaraq, “Sfıntul George” klubunun futbolçusu sayılırdı. Ancaq o, bu komandada heç bir rəsmi oyun keçirməyib ki, bunun da sənəd problemi üzündən olduğu deyilir.
Rednikin gedişindən sonra braziliyalı Rikardo Qomeşin ardında Arbanas da “Xəzər Lənkəran”ın düşərgəsinə qayıdıb və hər ikisi Antalyada keçirilən təlim-məşq toplanışında iştirak edir. Nadirov rumıniyalının icarədən qayıtdığını bildirib: “Konsantin Redniki lazım olmayandan sonra biz onu Moldova klubuna icarəyə vermişdik. Həmin icazə müqaviləsinin müddəti bitib və futbolçu anlaşması olduğu kluba qayıdıb. Bunda qeyri-adi heç nə yoxdur. İndi baş məşqçimiz Cüneyt Biçərdir və Arbanasın gələcək taleyinə türkiyəli çalışdırıcımız qərar verəcək”.
Qeyd edək ki, Konstantin 2 illik müqavilə imzaladığı “Xəzər Lənkəran”da ölkə kubokunu da nəzərə alsaq, 14 oyun keçirərək, 1 qol vurub, 1 sarı vərəqə alıb.
Mehman SÜLEYMANOV

0
0