Milli komandaya görünməmiş mükafat təyin olundu
18.01.2012 - 17:06
Yanvarın 21-də start götürəcək Afrika Millətlər Kubokunda açılış oyununa görünməmiş mükafat təyin olunub. Apasport.az saytının məlumatına görə, turnirin təşkilatçı ölkələrindən biri olan Ekvatorial Qvineya Futbol Federasiyası milli komandasına Liviya yığmasına qalib gələcəyi halda, 1 milyon dollar verəcək. Üstəlik, meydan sahiblərinin qol vuran hər bir futbolçusu 20 min dollar qazanacaq. Mükafatlar ölkə prezidentinin oğlu Teodoro Nquema Obianqa Manquenin şəxsi vəsaitindən ödəniləcək.
0
0