Messi və Ronaldo eyni komandada
18.01.2012 - 18:30
Messi və Ronaldo eyni komandada
UEFA 2011-ci ilin rəmzi yığmasını tərtib edib. Apasport.az-ıb məlumatına görə, qurumun rəsmi saytı vasitəsilə keçirilən sorğunun nəticələri açıqlanıb. Rəmzi “11-liy”ə İspaniya təmsilçiləri “Barselona”nın 5, “Real”ın 3 futbolçusu düşüb. Planetin ən yaxşı futbolçuları Lionel Messi və Kriştianu Ronaldo isə bu komandanın hücum xəttində yer alıblar. Komandanın baş məşqçisi də “Barselona”nın çalışdırıcısı Xosep Qvardiola olub.

Qapıçı - İker Kasilyas ("Real" İspaniya)
Sağ cinah müdafiəçisi - Dani Alves ("Barselona" İspaniya)
Mərkəz müdafiəçiləri - Herar Pike ("Barselona" İspaniya), Tiaqu Silva ("Milan" İtaliya)
Sol cinah müdafiəçisi - Marselo ("Real" İspaniya)
Sag cinah yarımmüdafiəçisi - Aryen Robben ("Bavariya" Almaniya)
Mərkəz yarımmüdafiəçisi - Xavi ("Barselona" İspaniya)
Hücumameylli yarımmüdafiəçi - Andres İnyesta ("Barselona" İspaniya)
Sol cinah yarımmüdafiəçisi - Qaret Beyl ("Tottenhem" İngiltərə)
Hücumçular - Lionel Messi ("Barselona" İspaniya), Kriştianu Ronaldo ("Real" İspaniya)
Baş məşqçi - Xosep Qvardiola ("Barselona" İspaniya)