Toplanışın vaxtı dəyişdirildi
18.01.2012 - 17:42
Azərbaycan milli komandasının (U-17) seleksiya xarakterli təlim-məşq toplanışının vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək toplanış, əvvəlcədən xəbər verildiyi kimi, 23-26 yanvar tarixlərində baş tutmayacaq. Hazırlıqlar yanvarın 26-dan 29-dək olan müddətdə keçiriləcək.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0