“Nə vaxt gələcəyini bilmirəm, amma yaxşı futbolçudur”
19.01.2012 - 00:04
“Cari ildə ilk oyunumuz idi. Müəyyən çətinliklərin olduğunu deyə bilərəm”. Bu sözləri apasport.az saytına AZAL klubunun baş məşqçisi Rafiq Mirzəyev deyib.
Qış fasiləsinə turnir cədvəlinin yeddinci pilləsində yollanan və əksər klublardan fərqli, təlim-məşq toplanışını Bakıda həyata keçirən AZAL məşqlərinin gündə iki dəfə olmaqla həyata keçirir. Paytaxt klubu artıq ilk yoxlama oyununda da gücünü sınayıb.
Birinci divizionda mübarizə aparan “Neftçala”nı sınağa çəkən Mirzəyevin yetirmələri 2 top fərqi ilə qələbə qazanıb. Oyunun gedişində çətinliklərin olduğunu deyən çalışdırıcı bunun səbəbini belə izah edib: “Gün ərzində iki dəfə olmaqla məşq edirik. Buna baxmayaraq, uşaqlar oyun zamanı çalışdılar. Hər hissədə fərqli “11-liy”ə şans verdik. Təxminən 1 həftəyə yaxındır təlim-məşq toplanışındayıq. Bu proses hər zaman müəyyən çətinlik yaradır. Uşaqlar yüklənir. Oyundan sonra fiziki hazırlıq üzrə məşqçimiz Gəray Qarayevin rəhbərliyi altında uşaqlar yenə gücə işlədilər”.
Fasiləsində heyətinə iki yeni oyunçu - Tural Nərimanov və Şəhriyar Rəhimovu cəlb edən “təyyarəçilər” “Neftçala” ilə qarşılaşmada onları meydana buraxıb. Futbolçulardan razı qalan baş məşqçi çatışmazlıqların olduğunu da etiraf edib: “Turalı yığmada işləyən vaxtdan tanıyıram. Şəhriyar da U-21-in formasını geyinib. Əsas olan futbol düşüncələridir. Yaxşı işlədiklərini deyə bilərəm”.
Ötən ilin dekabrında cərrahiyyə əməliyyatı olaraq istirahətə erkən yollanan Mansur Limani isə hələ komandasına qoşulmayıb. Baş məşqçi özü də onun nə vaxt Bakıya gələcəyini bilmir: “Limani hələ ölkəsindədir. Fevralda, yoxsa martda gələcəyini deyə bilmərəm, amma yaxşı futbolçudur. Bizə faydalı olacaq”.

0
0