Hərdəmxəyal “Kəpəz”
19.01.2012 - 00:08
Hərdəmxəyal “Kəpəz”
Premyer Liqanın cari mövsümündə tez-tez qərar dəyişməsilə yadda qalan “Kəpəz” rəhbərliyi fikrini yenə dəyişir. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi hazırlığını ölkə xaricində keçirmək istəyir. Amma məsələ hələlik tam həllini tapmayıb.

Artıq bu yöndə bəzi işlər həyata keçirən gəncəlilər son qərarını bu gün açıqlayacaqlar. Əgər ölkə xaricinə çıxmaq işini müsbət həll olunarsa, “Kəpəz” yanvarın 22-də ölkədən çıxa bilər.

Xatırladaq ki, “Kəpəz”in prezidenti Elmir Əliyev saytımıza açıqlamasında ölkə xaricində hazırlıq keçməyəcəyini vurgulamışdı.