Millimizin üzvü “Bakı”ya qayıda bilər - FOTO
19.01.2012 - 00:12
Azərbaycan yığmasının üzvü Fabio Luis Ramim “Bakı” klubuna qayıda bilər. Apasport.az saytının məlumatına görə, bu, braziliyalı futbolçunun özünə yeni komanda tapa bilməməsi təqdirdə baş tuta bilər.
Qış fasiləsinə “Bakı”nın transferə çıxardığı futbolçulardan biri də Fabiodur. Baş məşqçi Aleksandr Starkov xidmətinə ehtiyac duymadığı yarımmüdafiəçi belə olan təqdirdə əvəzedici komandada çıxış edəcək.
Artıq “Bakı”da belə hala rast gəlinib. Belə ki, Starkovun bəyənmədiyi Jaba, Ruslan Leviqa və Ernad Skuliç bir müddət əvəzedici komandanın uğurları üçün çalışıblar.

0
0