“İnter” məğlubiyyətlə başladı
19.01.2012 - 21:52
“İnter” məğlubiyyətlə başladı
Antalyada hazırlıqlarını davam etdirən Bakının “İnter” klubu bu gün ilk sınaq matçına çıxıb. Apasport.az saytının xəbərinə görə, “bankirlər”in rəqibi Almaniyanın II Bundesliqa təmsilçisi “Karlsrue” klubu olub. Bakı vaxtı ilə saat 20:00-da başlayan görüşdə almanlar 3:1 hesablı qələbə qazanıblar.

Xatırladaq ki, norveçli mütəxəssis Yorn Andersinin rəhbərlik etdiyi komanda 1909-cu ildə Almaniya çempionu, 1955-1956-cı illərdə ölkə kubokunun sahibi, 1996-cı ildə İntertoto kubokunun qalibi və 1995-ci ildə İntertoto turnirinin finalçısı olub.

19 yanvar
Yoldaşlıq görüşü

20:00 "İnter" - "Karlsrue" - 1:3
İnter - Gerogi Lomaya, Samir Zərgərov, Asif Mirili, Asif Məmmədov, Petar Zlatinov, Vladimir Levin (k), İlia Kandelaki, Arif Daşdəmirov, Peter Xrappan, Baçana Sxadadze, Valeri Abramidze

Karlsrue - Dirk Orlisxauzen, Aleksander İaşvili, Delron Bakli, Mattias Kuntz, Cüzeppe Aquarro, Timo Ştaffeldt, Bogdan Maller, Kristian Timm, Maxtar Tiune, İonut Rada, Simon Zoller

2 - Artıq matçın startında Samir Zərgərov rəqib qapısına yol tapır, lakin hakimlər bu qolu qeydə almırlar.

16 - "Karlsrue" hesabı açır - 0:1

25 - Növbəti hücumdan sonra "Karlsrue" futbolçuları ikinci dəfə fərqlənirlər - 0:2

29 - "Karlsrue" futbolçuları növbəti təhlükəli hücum təşkil ediblər, lakin Lomaya komandasını 100 faizlik qoldan xilas edir

33- Almanların qapısına penalti təyin olunur. Sxadadze dəqiq olur - 1:2

Fasilədə baş məşqçi Kaxaber Sxadadze heyəti dəyişir. Meydana Səlahət Ağayev, Əziz Quliyev, Danildo Assioli, Xəyal Mustafayev, Bronislav Çervenka, Boyan Beliç, Fuad Bayramov, Nizami Hacıyev, Eınur Abdulov və Girts Karlsons daxil olurlar. "İnter"in start heyətində yer alan futbolçulardan meydanda ancaq kapitan Vladimir Levin qalıb.

65 - Alman futbolçuları "İnter"in qapısına üçüncü qolu vurmağa nail olublar.